Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Açıq dərs” keçirilmişdir

     Aprelin 27-də məktəbimizin 7 “A” sinfində Azərbaycanın görkəmli oftolmoloq-alimi Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Açıq dərs” keçirilmişdir. 7 “A” sinif şagirdləri Zərifə Əliyevaya həsr olunmuş məruzələr və şeirlər söylədilər. Zərifə xanımın həyat və yaradıcılığı haqqında Azərbaycan dili-ədəbiyyat metodbirləşməsinin sədri Ağayeva İradə və müəllim Məmmədova Gülmirə geniş məlumat verdilər, onun haqqında yazılmış xatirələri şagirdlərə çatdırdılar.  

    Şagirdlərimiz Fəxri xiyabana gələrək akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzdülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi