Bayramlarımız

Məktəbimizin ibtidai sinif müəllimləri ardıcıl olaraq Yeni il bayramını sinifləri ilə birlikdə qeyd edirlər. Bu gun də Afət müəllimənin təşkilatçılığı ilə 4-cü siniflər həm Yeni il, həm də Həmrəylik günü münsibəti ilə tədbir təşkil etmişdilər. Tədbirdə şagirdlər şeirlər söylədilər, çıxışlar etdilər, tarda, sazda ifa etdilər. Həmçinin məktəbimizin müdiriyyət heyəti bu il ərzində məktəbin mədəni-kütləvi tədbirlərində, eyni zamanda məktəbdənkənr təşkil olunan tədbirlərdə fəal iştirak edən şagirdlərimizi xüsusi diplomlarla təltif etdilər. Bundan başqa məktəbimizin üç müəllimi bu il 60 yaşlarını qeyd etdiklərinə görə xüsusi fərmanla mükafatlandırıldılar. Bu ildə qazandıqları uğurlar münasibəti ilə məktəbimizin müəllim və şagird kollektivini təbrik edir, gələn ildə daha da çox uğurlara imzlar atmaqlarını diləyirik. Bayramlarımız mübarək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi