31 Mart Azərbaycanlıların Soyqırımı günü

     31 Mart Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz…

      1918-ci ilin mart ayının son üç günündə Bakı və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlıları - 30 mindən çox əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, qətliam törətmiş, on minlərlə insan itkin düşmüşdür.

      Bununla əlaqədar martın 30-da məktəbimizin 7 “A” və 8 “C” sinif şagirdlərinin iştirakı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirlər keçirildi. Tədbirlər bir dəqiqəlik sükutla soyqırım qurbanlarının xatirəsi yad edilməklə başlanıldı. Şagirdlər tərəfindən hazırlanmış məruzələr dinlənildi, şeirlər söylənildi, video çarxlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi