Şagirdlərlə görüş

      Martın 15-də Nəsimi rayonu polis idarəsinin rəis müavini, polis polkovniki, leytenant Vüsal Rüstəmov, RPİ YYC-la PİTB-nin rəisi, polis mayoru Firdovsi əsədli və Nəsimi RPİ-nin YYÇ-la PİTB-nin baş inspektoru polis kapitanı Faiq Sayadlı məktəbimizdə 9-10-cu sinif şagirdləri ilə görüş keçirdilər. Müasir dövrün, müasir uşaqların qayğıları və problemləri, xüsusən də “Narkomaniya bəşəriyyətin bəlasıdır”,”Polis uşaqların gözü ilə” və "Yol hərəkəti təhlükəslizliyi” mövzusunda söhbətlər apardılar, video çarxlar təqdim olundu. Şagirdlərin fikirləri dinlənildi. Müzakirələr aparıldı.

     Sonda məktəbimizin direktoru Budaqova Sevinc xanım çıxış edərək öz fikirlərini söylədi. Məktəbin, həm də ailənin bu işdə qarşılıqlı əlaqə yaradaraq, nəzarətin gücləndirilməsini xüsusi olaraq vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi