Novruz Bayramı

     Martın 13-də  Azərbaycan xalqının milli adət ənənələrinə uyğun "Novruz Bayramı" ilə bağlı məktəbimizdə 2 "Ç" sinif şagirdlərinin iştirakı ilə konsert proqramı keçirildi.Tədbir yel çərşənbəsi gününə təsadüf olundu. Tədbirdə milli adət ənənələrimizdən, baharın gəlişi ilə bağlı ünsürlərdən, Novruz adətlərindən danışıldı. Körpələr öz gözəl çıxışlarıyla həm valideyinlərini, həm də məktəbin müəllim və şagird kollektivini heyran etdilər. Qışın rəmzi olan Qar qız Bahardan xəbər verən Novruz qoxulu məktubu-yazın müjdəçisi Bahar qıza təhvil verdi. Uşaqlar yazın gəlişinə aid gözəl şeirlər söylədilər, şən mahnılar səsləndirdilər. Onlar azyaşlı olmaqlarına baxmayaraq Üzeyir Hacıbəyovun "Arşın mal alan" filmindən səhnəcikləri çox məharətlə oynadılar. Tədbir Kosa və Keçəlin çıxışlarıyla sona yetdi.     

     Tədbirin sonunda məktəbin direktoru Sevinc xanım Budaqova öz müəllim kollektiviylə birgə həm uşaqları, həm valideyinləri qarşıdan gələn Bahar bayramı münasibətiylə təbrik etdi. Tədbirin təşkilində əməyi olan hər kəsə, başda 2 "Ç" sinfinin müəllimi Zəminə Hüseynovaya təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi