“21 fevral Beynəlxalq Ana Dili Günüdür”

Fevralın 21-də məktəbimizin 8”A” sinfində “21 fevral Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş “Ana dilimiz bu gün” adlı dərs keçirilmişdir.

Dərsdə Azərbaycan dili və ədəbiyyat müəllimi Ağayeva İradə dilin bu günkü vəziyyəti və son dövrlərdə dildə işlənən sözlərdə aparılan dəyişikliklər haqqında məlumat verdi. Sonra Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri səsləndi. Şagirdlər görkəmli Azərbaycan şairlərinin Ana dilinə həsr olunmuş şeirlərini söylədilər. Dəsrdə Bakı Slavyan Universitetinin təcrübəçi müəllimləri Şərifova Vəfa və Musayeva Arzu iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi