“Mən fransız dilində danışıram” müsabiqəsi

     Fevralın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Təhsil Nazirliyinin və Fransanın ölkəmizdəki səfirliyinin iştirakı, “Total E&P Azerbaijan” şirkətinin dəstəyi, “Institut Français d’Azerbaidjan”ın tərəfdaşlığı, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin ənənəvi “Mən fransız dilində danışıram” müsabiqəsi keçirilib.

    Artıq on beşinci dəfə keçirilən müsabiqədə məktəbimizin şagirdləri, fransız dili müəllimi Quliyeva Zabitənin rəhbərliyi altında iştirak ediblər. Məktəblər  üç mərhələ üzrə yarışıblar.

    Birinci, təqdimat mərhələsində, şagirdlər özlərini fransız dilində təqdim ediblər. İkinci, musiqili nömrədə mahnı oxuyub, rəqs  nümayiş ediblər. Üçüncü səhnəcik mərhələsində “Arşın mal alan” tamaşasından fransız dilində bir parça təqdim ediblər. İştirakçıların bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

    Nəticələrə əsasən məktəbimiz üçüncü yerə layiq görülüb.

   Qaliblərə xatirə hədiyyəsi və diplomlar təqdim edilib. Həmçinin münsiflər heyətinin üzvlərinə xüsusi hədiyyələr verilib. Müsabiqədə iştirak edən bütün şagirdlərə sertifikat,diplom və hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi