Milli Qəhrəmanımız Mübariz İbrahimov yad edildi

    Fevralın 16-da məktəbimizin 8-ci sinif şagirdləri, sinif rəhbəri Əhmədova Güllinin təşkilatçılığı ilə torpağımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq İkinci Fəxri Xiyabanında yerləşən məzarını ziyarət ediblər. Şagirdlər şəhidin məzarına tər çiçəklər düzüb, bir dəqiqəlik sükut ilə xatirəsini yad ediblər.           

     Məktəbin müəllimi Əhmədova Gülli cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu vurğulayıb.

    Sonra şagirdlər Fəxri Xiyabanında yerləşən Akademik Budaq Budaqovun məzarını da ziyarət ediblər. Xalqımızın elm adamı olan bu görkəmli şəxsiyyət barədə, onun elmə bəxş etdiyi misilsiz tövhələr haqqında şagirdlər bir daha məlumatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi