Moskva məktəblərinin direktorları məktəbimizin qonağı oldular

Yanvarın 26-da Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Moskva şəhərinin bir qrup təhsil işçisi-Moskva şəhər  “Məktəb 1532” DBÜM-nin direktoru, Rusiya Federasiyasının Fəxri təhsil işçisi, Paytaxt Direktorlar Liqasının üzvü,MŞTD Şəhər Attestasiya Komissiyasının üzvü, Moskva şəhəri Tyoplıy Stan  Rayon Bələdiyyə yığıncağının deputatı, Moskva şəhəri Tyoplıy Stan rayonları təhsil müəssisələri RDŞ-nin sədri  Marqarita Butırskaya, “Məktəb 1273” DBÜM-nin direktoru, Konkova  Rayon Bələdiyyə Yığıncağının  deputatı, biologiya elmləri namizədi Mixail Popov, “Məktəb 1507” DMÜM-nin direktoru Tyoplıy Stan Rayon Bələdiyyə Yığıncağının deputatı Aleksandr Şuvalov, “Məktəb 49” DMÜM-nin direktoru Viktor Mixaylov, Moskva şəhəri “Hüquqi Yardım Mərkəzi Müstəqil Qeyri-Komerssiya” təşkilatının direktoru, Siyasi elmlər namizədi Serqey Kandrikov məktəbimizdə oldular.

Qonaqlar məktəblə yaxından tanış oldular. Məktəbin konfrans zalında məktəbin yuxarı sinif şagirdləri və fənn metodbirləşmə rəhbərlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Tədbir Azərbaycan və Rusiya dövlətinin himni ilə başladı.

Məktəbin direktoru Sevinc Budaqova Moskva şəhərindən gəlmiş qonaqları-təhsil işçilərini salamladı və Azərbaycan-Rusiya dostluq əlaqələrindən danışdı.

Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini ibtidai siniflərdə fənlərin tədrisi vəziyyəti barədə, fənn Metod Birləşmə rəhbərləri rus dili və ədəbiyyat, tarix,fransız dili, riyaziyyat və Azərbaycan bölməsində rus dili fənninin xarici dil kimi tədrisi vəziyyəti haqqında danışıdılar.

Məktəbin 3-cü sinif şagirdləri rus poeziyasından şeir parçaları söylədilər və məktəbin rəqs qrupu milli geyimdə rəqs etdilər.

Sonra qonaqlar yəhudi mənşəli uşaqların təhsil şəraitləri və uşaq bağçaları, yeməkxanaları ilə tanış oldular.

Görüşdən qonaqlar çox razı qaldılar və dostluq əlaqələrinin davam ediləcəyini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi