"Azərbaycanın Parlaq Günəşi"

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci il dönümü ilə əlaqədar 11 dekabr 2015-ci il tarixində məktəbimizdə "Azərbaycanın Parlaq Günəşi" adlı anım günü tədbiri keçirilmişdir. Tədbir məktəbin anım gününə uyğun tərtib olunmuş akt zalında müəllimlərin, şagirdlərin və Nəsimi rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Hüseynov Eminin iştirakı ilə keçirilmişdir. Tədbiri məktəbin Azərbaycan-dili və Ədəbiyyat metodbirləşməsinin sədri İradə Ağayeva açdı. Azərbaycan xalqının tarixində misilsiz xidmətləri, müstəsna rolu olan, güclü xarizmatik səxsiyyət, fenomenal siyasətçi Heydər Əliyev və eyni zamanda Vətənimizin şəhid oğulları. o cümlədən Respublikamızda son günlər yaşanan "Günəşli" yatağında baş vermiş faciədə həlak olmuş neftçilərimiz 1 dəqiqəlik sükutla yad edildilər. Tədbir məktəbin Azərbaycan dili və tarix müəllimlərinin ifasında səslənən şeir kompozisiyası və məktəb şagirdlərinin Heydər Əliyevin xatirəsinə Zəlimxan Yaqubunun həsr etdiyi "Əbədiyyət dastanı" poemasından səsləndrdikləri şeirlərlə davam etdilər. Tədbirdə həm də Ulu öndərin həyat və fəaliyyətini əks etdirən slaydlar, şagirdlərin dilində Heydər Əliyevin aforizmləri və dahi kəlamları səsləndi. Sonda İradə müəllimə və 8-ci sinif şagirdi Muğalzadə Qızxanımın ifasında "Prezident ömrünün son saatları" dialoqu canlandırıldı. Anım mərasimi məktəbin direktoru Sevinc xanım Budaqovanın Heydər Əliyev haqqında nitqi ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi