20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi

      Yanvarın 18-də məktəbimizdə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Respublikasının Himni ilə açıq elan olundu və sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

      Tədbir zamanı şagirdlər 20 Yanvar faciəsi haqqında geniş və ətraflı məlumat verdi, vətənpərvərlik ruhunda şeirlər səsləndi, video-çarx nümayiş etdirildi. Şagirdlərin ifasında “Ana fəryadı”, Azərbaycan qadının sadiqliyini özündə əks etdirən “Fərizə”, 20 Yanvar şəhidləri İlqar və Rəşidə həsr olunmuş “Qəhrəman uşaqlar” qısa şəhnəciklər nümayiş etdirdilər.

      Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Validə Sarıyeva cıxış etdi və məktəbdə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbirlər haqqında ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi