"İnsan alveri" mövzusunda maarifləndirici söhbətlər aparıldı

     “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, Qırmızı Aypara Cəmiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə yanvarın 12-də Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon təşkilatının nümayəndəsi  İlahə Əliyeva "İnsan alveri" mövzusunda məktəbin 8,9,10-cu siniflərində maarifləndirici söhbətlər apardı.

      İlahə xanım şagirdlərə "İnsan alveri nədir?" və bunun qurbanına çevrilməmək üçün nələr etmək lazım olduğunu bildirdi. Bu mövzu şagirdlərin marağına səbəb oldu və onları maraqlandıran sualları verib, öz fikirlərini bölüşdülər. Sonda şagirdlərə "Məlumatlanın ki, insan alverinin qurbanına çevrilməyəsiniz" adlı maarifləndirici bukletlər paylanıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi