"Kitabi-Dədə Qorqud2"-Bilik Fondu

Bilik Fondu tərəfindən təşkil olunmuş Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Kitabi-Dədə Qorqud" və H.Fridrix fon Dits-200" tədbirində məktəbimizin yəhudi əsilli 8-ci sinif şagirdi Fərəcullayev Nicat "Ana surətinin səciyyələndirilməsi" adlı məruzə ilə çıxış etmişdi. Öz çıxışında dastanda qadına yüksək münasibət haqqında danışmış, eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışında əks etdirmiş, dastanda ana obrazının xüsusi yer tutmasını, onun vətən rəmzi kimi ümumiləşdirilməsini, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilməsini xüsusi vurğulamışdı. Konfrans 10 dekabr 2015-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxabasında keçirilmişdi. Tədbirdə həmçinin məktəimizin direktoru Sevinc xanım Budaqova da çıxış etmişdi. Tədbirin sonunda şagirdimiz serifikatla təltif edilmişdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi