31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbirləri keçirildi

28-29 dekabr 2017-ci il tarixlərində məktəbin ibtidai sinif müəllimləri Ofeliya Xasayeva 3 “C”, Nazilə Osmanova 3 “Ç” sinflərinin şagirdləri və 1-lərin iştirakı ilə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş tədbirlər keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Dövlət himninin səslənməsi ilə başlanan tədbir balacaların həmrəylik günü haqqında Azərbaycan, rus və ingilis dillərində ətraflı məlumatlarla davam etdirildi. Şagirdlər səhnələşdirdikləri “Morozko”, Q.X.Andersenın “Qar Kraliçası” nağılları əsasına tamaşa hazırlayıb təqdim etdilər. 1-ci sinif şagirdlərin rəqs nümunələri tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

      Həmrəylik gününə həsr olunmuş slaydlar, videoçarxlar nümayiş etdirildi.

      Sonda məktəbin direktoru Sevinc Budaqova tədbir iştirakçılarını “31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü” münasibəti ilə təbrik edərək pedaqoji kollektivin üzvlərinə, valideynlərə və şagirdlərə xoş arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi