Şagirdlərlə maarifləndirici tədbir keçirilib

    Dekabrın 25-də “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə Fəaliyyət Planına əsasən  məktəbimizdə maarifləndirici  tədbir keçirilib. “Vətənpərvərlik hissinin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov, Amal Məlikov, məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Sarıyeva Validə, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

      Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov İslam dininin gənc nəslin tərbiyəsində rolundan, milli-mənəvi dəyərlərimizə, eləcə də dinimizə dövlət qayğısından, sağlam və əqidəli gəncliyin formalaşması üçün aparılan maarifləndirmə işindən bəhs edib. Vətənə layiqli vətəndaş olmaq üçün elmə və biliyə yiyələnməyin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın əhəmiyyətini vurğulayıb.

      Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi