Cəmşid Naxçıvanski-120

Tarixdə Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyinə həsr olunmuş "Unudulmaz generallarımız" mövzusunda 3 dekabr tarixində 9A sinfində dərs keçirilmişdir. Müəllimə Azərbaycan generalları haqqında qısa müzakirədən sonra Cəmşid Naxçıvanskinin tərcümeyi-halı şagirdlərin nəzərinə çatdırıldı. Qərbi Ukraynadan başlanan hərbi xidməti, Avstrya-Rumuniya cəbhəsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki hərbi fəaliyyəti, Sovet ordusu ıralarındakı hərbi xidmətləri haqqında şagirdlər maraqlı məlumatlar aldılar. Müəllimə Generalın 9 adda yüksək təltiflərindən, represiyaya məruz qalmasından, və xalqımızın onun adını əbədiləşdirilməsindən danışdı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi