Yevgeniy Yevtuşenkonun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Noyabrın 24-də məktəbimizdə rusiyanın görkəmli şairi Yevgeniy Yevtuşenkonun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Yaradıcılıq Fondu sədrinin 1-ci müavini Rafiq Kaşanlı, “Rodnik” ədəbiyyat birliyinin rəhbəri, şair və rəssam Valentina Əfəndiyeva, şair Elaza Babayeva, məktəbin rəhbərlik və müəllim heyəti, şagirdlər iştirak edirdilər.

Tədbirdə Rafiq Kaşanlı Yevgeniy Yevtuşenko haqqında ətraflı məlumat verdi və şeirlərini oxudu. Sonra Yevgeniy Yevtuşenkoya həsr olunmuş slayd və videoçarx izlənildi. Şagirdlərin ifasında şeirlər söylənildi.

Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış edərək bildirdi ki, şagirdlərdə mütaliə vərdişlərini inkişaf etdirmək lazımdır. Gənclər son dövrlər bədii əsərlər az oxuyurlar. Bu kimi tədbirlər tez-tez təşkil etmək lazımdır. Belə tədbirlərin əhəmiyyəti böyükdür, çünki gəncləri mütaliə vərdişlərinə ruhlandırır, onlarda bədii əsərlərə həvəsi artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi