Məktəbimizdə “Bilik yarışı” keçirilib

     Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə 19 noyabr 2017-ci il tarixində saat 10:00-da əsas fənlər (Ana dili, riyaziyyat, fizika, kimya, biologiya,informatika, coğrafiya və xarici dil) üzrə “Bilik yarışı” keçirildi. “Bilik yarışı”nda V-XI siniflərdən 230 şagird iştirak edirdi.

   “Bilik yarışı” Azərbaycan Prezidentinin “Xüsusi istedada malik uşaqların, gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2020-ci illər)”nda nəzərdə tutulan tədbirlərin icrasının yerinə yetirilməsi və istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi