“Biz sizinlə fəxr edirik” adlı diskussiya keçirilmişdir

    13 noyabr 2017-ci tarixində  Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 9 “A” sinif  şagirdləri “Biz sizinlə fəxr edirik” adlı diskussiya keçirilmişdir. Diskussiya əvvəlcə məktəbdə, daha sonra Böyük Vətən Müharibəsi Veteranı Bayram Həsənovla görüşdə reallaşmışdır.

    Diskussiyada şagirdlər ingilis dilində əldə etdikləri danışıq bacarıqlarından istifadə edərək müharibələrin amansız və dağıdıcı olduqlarından, azərbaycanlı döyüşçülərin həm alman ordusuna, həm də yaşadığımız müharibədə erməni qəsbkarlarına qarşı müharibədə necə cəsarətlə vətəni qoruduqlarından bəhs etmişlər. Şagirdlər döyüşçülərimizlə fəxr edib, onların yollarını davam etdirəcəklərini söyləmişlər. Hitler ordusuna qarşı müharibənin iştirakçısı veteran Bayram Həsənov müharibədə qızğın döyüşlərdə başına gələnləri şagirdlərlə bölüşmüş, təltif edildiyi orden və medalların döyüşçülərə necə əziz olduğunu qeyd edib, şagirdlərə vətənpərvərlik hisslərini aşılamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi