“Gənc fermer” adlı ekskursiya

   Noyabrın 11-də Ağabəy Novruzbəyli adına 46 nömrəli məktəbin 3 “Ç” sinif şagirdləri və sinif rəhbəri Osmanova Nazilənin rəhbərliyi altında Qala kəndində yerləşən “Gənc fermer” adlı ekskursiyada iştirak etdilər. Burada şagirdlər qədim Azərbaycanın XVII-XVIII əslərə aid tarixi məişəti ilə tanış oldular. Özləri ağac və toxumlar əkdilər, xalça toxunuşu ilə yaxından tanış oldular, yuxa yaydılar. Sonra açıq səma altında yerləşən tarixi-etnoqrafik müzeynə getdilər. Azərbaycan tarixindən və həyat bilgisindən biliklərini artırdılar. Bir çox məişətdə işlənməyən, dilimizdə unudulan sözlərlə tanış olub onların mənalarını öyrəndilər.
   Ekskursiya tam 3 saat davam etdi. Şagirdlər və valideynlər bu ekskursiyadan çox razı qaldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi