Azərbaycan Mülki Aviasiya Muzeyinə ekskursiya

        Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə 8 noyabr 2017-ci il tarixində "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi tədbir təşkil etdi.

       Tədbirdə Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 nömrəli məktəbin riyaziyyat müəllimi Əfəndiyeva Lamiyə və 9-cu sınıf şagirdləri iştirak etdi. Tədbirin açılışından sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra muzeyin əməkdaşı Rübabə Əbiyeva "Tarixi yol keçmiş Azərbaycan bayrağları" adlı videoçarxın müşayiəti ilə bayrağın dövlət əhəmiyyəti, Azərbaycanın dövlətçilik tarixində mövcud olmuş bayraqlar, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayrağın dövlət bayrağı elan edilməsi, onun mahiyyəti, Sovet imperiyasının süqutu dönəmində azadlıq hərəkatımızın əsas simvolu kimi dövlət müstəqilliyimizin bərpası ilə bayrağımızın yenidən rəsmi dövlət bayrağı elan edilməsi, ərazi bütövlüyümüz uğrundakı mücadiləmizdə, beynəlxalq arenada siyasi iradəmizin təmsilində önəmi haqqında məlumat verdi.

       Tədbirin sonunda ümummilli liderimiz Heydər Əliyevin və Respublika Prezidenti İlham Əliyevin dövlət bayrağı haqqında çıxışları nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi