9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

        Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

        Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.Bununla əlaqədar olaraq 8 noyabr 2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin foyesində Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilirdi. Şagirdlər böyük bayrağı gətirdilər və tədbir Azərbaycan Dövlət Respublikasının Himni ilə başlandı. Şagirdlər bayraq haqqında şeirlər söylədilər, mahnılar ifa etdilər.

        Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova müəllim kollektivini, şagird heyətini Bayrağ Günü münasibətilə ürəkdən təbrik etdi, belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rol oynadığını söylədi. Sonra məktəbin tarix müəllimi Fatimat Əliyeva bayrağın yaranması tarixi haqqında danışdı. Tədbirin sonunda Bayrağ günü münasibətilə Ulu Öndər Heydər Əliyevin adibəsini ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi