Məktəbimizdə Etika Akademiyasının “Etiket”dərnəyi fəaliyyətə artıq başladı

      Noyabrın 1-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə Etika Akademiyasının direktoru Günel İbrahim görüş keçirdi. Görüşdə məktəbin direktoru Budaqova Sevinc, sinif rəhbərləri, valideyn icmalarının nümayəndələri də iştirak edirdi. Məktəbimizdə Etika Akademiyasının “Etiket”dərnəyi fəaliyyətə artıq başladı. Görüşdə “Etiket” dərnəyinin funksiyaları barədə danışaraq bildirdi ki, şagirdlərin bir vətəndaş kimi formalaşmasında dərnəyin əhəmiyyəti böyükdür. Dərnəkdə şagirdlər etiket, davranış qaydalarını, nitq mədəniyyətini, ünsiyyət qaydalarını öyrənəcəklər. Böyük və kiçiklərə münasibətlərində nəyə daha çox diqqət yetirməlidirlər, müəllim və valideynlərlə münasibətləri necə olmalıdır? Məktəbin direktoru Sevinc Budaqova öz çıxışında şagirdlərin təlim-tərbiyəsində nitq mədəniyyətinin əhəmiyyətindən danışdı. Şagirdlərin bir şəxsiyyət kimi formalaşmasından bu tipli dərnəklərin zəruri olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi