“ Azərbaycan Dövlət Müstəqilliyi günü və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə” həsr olunmuş tədbir keçirildi

    Oktyabrın 19-da Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Azərbaycan Dövlət Müstəqilliyi günü və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə” həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə məktəbin dəhlizində şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. Şagirdlər balaban, skripka, fleytada “Sarı Gəlin” ifasıyla sərgidə qonaqları müşaiyət etdilər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Açılış sözü ilə çıxış edən məktəbin direktoru Sevinc Budaqova “Azərbaycan Dövlət Müstəqilliyi günü və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi” ilə əlaqədar hamını təbrik etdi. Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin fəaliyyəti və gördüyü işlər haqqında ətraflı məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davamlı fəaliyyəti haqqında çıxış etdi. Yeni Azərbaycan Partiyasının 25 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Sonra məktəbin şagirdlərinin ifasında şeirlər və mahnılar dinlənildi. Məktəb xoru və 3 “B” sinif şagirdi “Azərbaycan” haqqında mahnı ifa etdi, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva və 8 “A” sinif şagirdi Həsənova Nuray Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”adlı poemasından bir parça söylədilər.

    Tədbirin sonunda millət vəkili, Nəsimi rayon Yeni Azərbaycan Partiyasının sədri Məlahət İbrahimqızına söz verildi. O, öz çıxışında “Azərbaycan Dövlət Müstəqilliyi günü və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik” fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdi. Yeni Azərbaycan Partiyası minlərlə gənci birləşdirmişdir. Partiyanın şuarında olduğu kimi Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Gənclər gələciyimizdir. Gəncləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini müdafiə etmək ruhunda bir vətəndaş kimi tərbiyə etmək, yetişdirmək Yeni Azərbaycan Partiyasının əsas məqsədidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi