Direktoryani müşavirə keçirildi

    29 sentyabr 2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə direktoryani müşavirə keçirildi. Müşavirədə fənn metodbirləşmə müdirləri və sinif rəhbərləri iştirak edirdi.Müşavirədə gündəlik məsələlər aşağıdakılardan ibarət idi: -Fənn metodbirləşmə rəhbərlərinin funksiyaları və 2017-2018-ci tədris ilində qarşıda duran vəzifələr;

    -Şagirdlərin diaqnostik qiymətləndirmələrinin nəticələri və təhlili;

    -Dərslərdə müasir təlim texnologiyalardan istifadə;

    -Sinif rəhbərlərinin funksiyaları və məktəbdaxili nizam-intizam qaydaları;

    -Cari məsələlər.

   Məktəbin direktoru S.B.Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini İ.M.Məmmədov və təşkilatçı müavin V.Sarıyeva öz çıxışlarında “İl”çərçivəsində görüləsi işlərdən, şagirdlərin asudə vaxtlarının və sinif rəhbərlərinin “Fəaliyyət planlar”ından, müəllimlərin öz dərslərində müasir təlim texnologiyalarından istifadə üsullarından danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi