21 sentyabr “Beynəlxalq Sülh Günü”

    Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqustdan-21 sentyabr tarixədək Beynəlxalq Sülh Günü ilə əlaqədar “Sülh aylığı” elan olunub. Bununla əlaqədar 21 sentyabr 2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə 9-cu siniflərdə diskussiya xarakterli dərslər keçirildi. Diskussiyada məktəbin tarix müəllimləri Ağayeva Sevinc və Ağayeva Yeganə şagirdlərə “Beynəlxalq Sülh Günü”, beynəlxalq aləmdə baş vermiş hadisələr, Azərbaycanın Qarabağ problemi barədə şagirdlərə geniş məlumatlar verdilər. Diskusiyanın keçirilməsində məqsəd şagirdlər arasında sülh ideyalarını yaymaq və onların əsil sülhsevər vətəndaş kimi formalaşmasına nail olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi