"15 sentyabr-Bilik günü" qeyd olundu

     15 sentyabr 2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Bilik günü” ilə əlaqədar olaraq toplantı keçirildi. Toplantıda məktəbin direktoru S.B.Budaqova şagirdlər qarşısında çıxış etdi. O, öz çıxışında 2016-2017-ci tədris ilinin göstəriciləri haqqında danışaraq bildirdi ki məktəbimizi bitirən 11-ci sinif məzunları 72% respublikanın ali məktəblərinə qəbul olunub. Məktəbimiz bu il, yəni 2017-2018-ci tədris ilində pedaqoji kollektivin görəcəyi işlər planlaşdırıb, “Təhsildə keyfiyyət ili” çərçivəsində fəaliyyət planı hazırlayıb. Burada məqsəd şagirdlərin bilik səviyyələrini inkişaf etdirməkdir. Toplantıda ali məktəblərə qəbul olunan məzunlar və onların valideynləri çıxış etdilər, müəllimlərə öz təşəkkürlərini bildirdilər. 1-ci siniflərə qəbul olunan şagirdlər şeir söylədilər, mahnı oxudular və rəqs etdilər.       

       İlk zəng çalındı və şagirdlər məktəbə daxil oldular siniflərdə birinci dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” dır mövzusuna həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi