Məktəbimizdə növbəti Pedaqoji Şura keçirildi

     14 sentyabr 2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə tədris ilinin başlanması ilə əlaqədar olaraq növbəti Pedaqoji Şura keçirildi. Pedaqoji Şurada 2016-2017-ci tədris ilinin nəticələri müzakirə edildi. Burada əsas diqqət 9-cu və 11-ci siniflərin nəticələri və 11-ci sinif şagirdlərinin respublikanın ali məktəblərinə qəbulu məsələlərini pedaqoji kollektivin diqqətinə çatdırıldı. Həmçinin yay tədris tapşırığların nəticələri, 2017-2018-ci dərs ilinin tədris planlarında olan dəyişiklər haqqında və 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili”elan edilməsi barədə müzakirələr aparıldı. Sonra 1-ci və 10-cu siniflərin komplektləşdirməsi məsələsinə baxıldı. Məktəbin illik fəaliyyət planı təsdiq edildi. Yekunda yeni tədris ilində pedaqoji kollektivin qarşısında duran vəzifələr müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi