Məktəbimizdə “Son Zəng” qeyd olundu

İyunun 14-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi. 64 şagirdimiz məzun oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Sevinc Budaqova qonaqları,valideynləri, müəllimləri və şagirdləri salamladı, məzunlara uğurlar arzuladı. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək məzunları təbrik etdi. Şagirdlərimiz məktəb rəhbərliyinin, tədbirdə iştirak edən rəsmi qonaqların xoş arzularını dinlədikdən sonra maraqlı çıxışlarını nümayiş etdirdilər.Oxudular, oynadılar, şeirlər, xoş sözlər deyildi və nəhayət son zəng çalındı.Əziz məzunlarımız!Vətənə, millətə xeyirli övladlar olmanız arzusu ilə yolunuz açıq olsun!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi