Rus dili və ədəbiyyat üzrə IX Respublika Olimpiadası

Rus dili və ədəbiyyat üzrə IX Respublika Olimpiadası 2017-ci ilin 13 yanvar-13 may tarixlərində keçirilmişdir. 23 regional turdan ibarət olmuşdur. Bu olimpiada Azərbaycanın 51 regionundan 548 məktəbin Azərbaycan və rus bölmələrinin 7-8-ci siniflərinin 2454 şagirdi iştirak etmişdir. Yüksək bal toplamış 150 məktəbli qalib olmuşdur. Olimpiadanın təşkilatçıları Rusiyanın ölkəmizdə səfirliyi “Rossotrudniçestvo”-nun Azərbaycandakı nümayəndəliyi, Təhsil Nazirliyi və Azərbaycanda rusdilli təhsil müəssisələrinin assosiasiyası olmuşdur. Bakı şəhəri Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin şagirdləridə olimpiadada iştirak etmişlər. Burada natiqlik sənəti üzrə müsabiqə keçirilmişdir. İştirakçılar arasında yüksək bal toplamış 7A sinif şagirdi Nəcəfquliyev Elnur xüsusi fərqlənmişdir. Qaliblərin təntənəli mükafatlandırılması 6 iyun tarixində Bakı Slavyan Universitetində keçirilmişdir. Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin direktoru Budaqova Sevinc və 7A sinif şagirdi Nəcəfquliyev Elnur diplomlarla təltif olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi