“Sağ ol məktəb, əlvida 1-ci sinif! Ura! Biz ikinci sinfə keçirik!”adlı tədbir keçirildi

İyunun 9-da Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 1 “Ç” sinif şagirdlərinin təşkil etdiyi “Sağ ol məktəb, əlvida 1-ci sinif!Ura! Biz ikinci sinfə keçirik!”adlı tədbir keçirildi. Birincilər, valideynlər, müəllimlər və məktəbin digər sinif şagirdləri qarşısında möhtəşəm çıxış etdilər. Tədbirdə “Gülüş”, “Mənim xoşbəxt uşaqlığım”adlı rəqs nömrəsi, müxtəlif fənlərə aid şeirlər, “Məktəbdə öyrədirlər”adlı mahnı səsləndirildi. Şagirdlər gözəl rəqslər, mahnılar, şeirlər və səhnəciklərlə öz istedadlarını nümayiş etdirdilər. Sonda məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova və sinif rəhbəri Yekaterina Puzanova çıxış etdilər. Onlar şagirdlərə gözəl çıxışlarına görə minnətdarlıq bildirdilər və müvəffəqiyyətlər arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi