"Əlvida ibtidai sinif, əlvida uşaqlıq" adlı tədbir keçirildi

İyunun 5-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülarə Qarayevanın rəhbərliyi və təşkilatçılığı, dərs dediyi 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə "Əlvida ibtidai sinif, əlvida uşaqlıq" adlı tədbir keçirildi. Sagirdlər çox hazırlıqlı idilər. Onlar səhnədə cıxış etdilər, öz yaş səviyyələrinə uyğun səhnə perfomansı göstərdilər. Dörd il ərzində aldıqları bilik və bacarıqların, təlim – tərbiyənin müsbət nəticəsi olaraq, dünyaya, ətrafa, dosta, yoldaşa münasibəti, mənəvi dəyərləri, məktəbə, müəllimə, vətənə, torpağa olan sevgilərini əks etdirən möhtəşəm cıxışları ilə hamını heyran etdilər. Sonra şagirdlər siniflərində dərs deyən hər bir müəllimi diqqətdə saxlayaraq , hər kəsə şeir , nəğmə qoşub, çəkdikləri əziyyətə görə öz təşəkkürlərini bildirdilər. Sonra məktəbin direktoru Sevinc Budaqovaya və təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərovaya söz verildi. Sevinc Budaqova çıxış edərək 4 “Ç” sinif şagirdlərinə və onların müəllimi Gülarə Qarayevaya hazırladıqları möhtəşəm tədbirə və çıxışlara görə öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi