“Biz qüdrətli ölkənin xoşbəxt uşaqlarıyıq” devizi altında tədbir keçirildi

31 may 2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 4”C” sinif şagirdləri və sinif rəhbəri Mustafayeva Tatyananın təşkil etdiyi “Biz qüdrətli ölkənin xoşbəxt uşaqlarıyıq” devizi altında 28 May Respublika gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə 1918-ci ildə şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdəki fəaliyyətindən söhbət açıldı. Qeyd olundu ki, Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi və təəssüflər olsun ki, müstəqil dövlətimiz cəmi 23 ay fəaliyyət göstərə bildi. Buna baxmayaraq, xalqımızın istiqlal ideyasını, əzmkarlığını qıra bilmədi. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan daha da çiçəkləndi, inkişaf etdi, hər sahədə uğur qazandı. Bu uğurların daha da çox olacağına, müstəqil Azərbaycanın şanlı gələcəyinə və qüdrətinə hamımız inanırıq. Bugünkü tədbirdə çıxış edən şagirdlərimiz öz istedadları ilə bunu bir daha sübut etdilər. Tədbirdə Üzeyir Hacıbəyovun, Qara Qarayevin əsərləri, Müslüm Maqomayevin, Rəşid Behbudovun ifasında səslənən mahnılar Azərbaycan musiqisinin möhtəşəmliyini nümayiş etdirdi.Sonra şagirdlər Nizami Gəncəvinin “ Yeddi gözəl” əsəri əsasında Qara Qarayevin yazdığı “Yeddi gözəl” baletindən, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Uilyam Şekspirin “Romeo və Culyetta” əsərindən parçalar səhnələşdirdilər. Tədbir bir-birindən gözəl səhnələr, ifalar və musiqilərlə davam etdi. Sonda şagirdlər “Bayraq” vətənpərvərlik rəqsini nümayiş etdirdilər. Şagirdlər istedadlarını, vətəni sevdiklərini və bu ölkənin xoşbəxt vətəndaşları olduqlarını öz çıxışları ilə göstərdilər.Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi