"7B sinfi Qəbələdə"

Gilan Holdinq uşaqların sağlam qidalanmasını nəzərə alıb, nəzdində olan Qəbələ Konserv zavodunda A.Novruzbəyli adına 46 N-li məktəbin 7”b” sinif şagirdləri üçün ekskursiya təşkil etmişdir. Ekskursiya zamanı şagirdlər bu zavodda ekoloji-təmiz məhsulların yüksək texnologiya ilə hazırlanmasını görmüş, bu məhsulların hazırlanması ilə yaxından tanış olmuşlar. Biz vətənimizdə belə yüksək keyfiyyətli zavodların olmasını görərək, şagirdlərin necə fəxarət hissi duyduqlarının şahidi olduq. Belə hallar şagirdlərdə vətənpərvərlik hissi yaradır. Bu cür görüşlər onlarda iqtisadiyyatımızın müxtəlif sahələrinə böyük maraq oyadır və Azərbaycan iqtisadiyyatının sağlam əllərdə olmasına zəmin yaradır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi