“Fizika elminin əhəmiyyəti” mövzusunda viktorina keçirildi

Mayın 26-da Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin fizika müəllimi Ulubəyova Solmazın rəhbərliyi ilə 7-ci və 8-ci sinifləri arasında viktorina keçirildi. Viktorinada maraqlı təcrübələr aparıldı, fizika elminə aid çoxlu şeirlər söylənildi. Sonra 7-ci sinif şagirdləri tərəfindən səhnələşdirilmiş “Arximed haqqında əfsanə” səhnəciyi təqdim olundu. Belə səhnəcik həm yorğunluğu götürür, həm də şagirdlərin digər bacarıqlarını üzə çıxarır.Şagirdlər fizika qanunlarına aid təcrübələrini aparmaqla göstərdilər ki, fizikanın tədrisini təcrübəsiz təsvir etmək mümkün deyil. Təcrübələr mövzuların daha mükəmməl mənimsənilməsinə, şagirdlərin fənnə marağının təmin olunmasına yol açan amillərdəndir. Şagirdlər tərəfindən Arximed qüvvəsinə, diffuziyaya, enerjilərin çevrilməsinə aid çoxlu təcrübələr təqdim olundu. Sonra 7-ci sinif şagirdi Mürsəlov Məmməd “Telluri (Günəş-Ay modeli)” haqqında məlumat verməklə Günəş və Ay tutulmalarını izah etdi.Viktorinanın son mərhələsində 8-ci sinif şagirdləri tərəfindən “Fiziki qurultay” səhnəciyi təqdim olundu.Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Validə Sarıyeva çıxış edərək bildirdi ki, məktəbdə fənn viktorinalarının, disputlarının və”Dəyirmi masa”ların keçirilməsi şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirir, onların dünyagörüşünü artırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi