Aleksandr Seyregeviç Puşkinin anadan olmasına həsr olunmuş ədəbi-bədii gecə keçirildi

Tanınmış rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 218-ci ildönümü münasibətilə mayın 25-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə ədəbi-bədii gecə keçirildi.Tədbir məktəbin 3 “B” sinif şagirdləri və məktəbin ibtidai sinif müəllimi Natalya Mambetovanın rəhbərliyi ilə keçirildi. Tədbir şairin “Qış gecəsi” adlı şeirlə açıldı. Şagirdlər şairin həyat və yaradıcılığından ətraflı məlumat verdilər. Sonra A.S.Puşkinin yazdığı nağıllardan, poemalardan, “Ölmüş şahzadə və yeddi pəhləvan haqqında nağıl”, “Çar Saltan, onun oğlu şöhrətli və qüdrətli pəhləvan knyaz Qvidon Saltanoviç və gözəl qu quşu şahzadə qız haqqında nağıl”, “Balıqçı və balıq haqqında nağıl”, “Ruslan və Lyudmila” poeması, “Keşiş və onun işçisi Baldanın nağılı”,“Qızıl xoruz haqqında nağıl” və “Poltava” poemasından qısa səhnəciklər nümayış etdirildi.Tədbirdə həmçinin şagirdlərin ifasında rus və ukrayna xalq mahnıları səsləndi.Təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova öz çıxışında oxu texnikasının inkişafından danışdı. Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış edərək bildirdi ki, belə tədbirlər şagirdlərin mütaliə vərdişlərinin daha da inkişaf etdirilməsinə, ədəbiyyata, poeziyaya maragın artırılmasına böyük təkan verir. Və bugünkü tədbir də şagirdlərin rus ədəbiyyatı ilə yaxından tanış olmalarının, mütaliəni sevmələrinin aydın təzahürüdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi