“Dialoq: ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi” layihəsi keçirildi

Mayın 25-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dialoq: ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi” layihəsi keçirildi. 8,9,10-cu sinif şagirdlərinin iştirak etdiyi bu layihə “Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiya”nın psixoloqu Asəf Kərimov və koordinator Məmmədov Əli tərəfindən keçirildi. Layihədə şagirdlərin psixoloji gərginliyinin aradan qaldırılması, onların təhsilə marağının artırılması özünüdərkin inkişaf etdirilməsi, fərdi xüsusiyyət və keyfiyyətlərini ifadə etmələri üçün özünüqiymətləndirmənin yüksəldilməsi mövzularında söhbət aparıldı.Sonra şagirdlər onların psixologiyasını yoxlamaq üçün verilən müəyyən tapşırıqlar yerinə yetirdilər və eləcədə ən çox sevdikləri rəsmi çəkdilər. Layihənin təşkilatçıları onların işlərini qiymətləndirdilər və psixologiyalarını müəyyənləşdirib məsləhətlər verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi