“İnsan Hüquqları” aylığı çərçivəsində “İnsan hüquqları və multikulturalizm” mövzusunda seminar keçirildi

Mayın 25-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin tarix müəllimi Sevinc Ağayeva tərəfindən Respublikamızda “İnsan Hüquqları” aylığı çərçivəsində “İnsan hüquqları və multikulturalizm” mövzusunda seminar keçirildi. Seminarda 5,6,7-ci sinif şagirdləri və müəllimlər iştirak etdilər. Sevinc müəllimə seminar iştirakçılarına insan haqlarını tanınmasının tarixi inkişaf yolu və bu yöndə qəbul edilən sənədlər barədə məlumatlar verdi. Sonra bu mövzuya həsr olnmuş videoçarx nümayiş etdirildi. Seminarda həmçinin respublikamızda insan hüquqlarının qorunmasında konstitusiyanın rolundan, dövlətimizin apardığı uğurlu siyasətindən, Azərbaycanın insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmasından, BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən bəhs edərək, Azərbyacanda multikultural dəyərlərə də böyük hörmətlə yanaşıldığını qeyd etdi. Bütün bunlarla bağlı şagirdlər də öz fikirlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi