“Riyaziyyat siqaret çəkməyin əleyhinədir” mövzüsunda “Açıq dərs”

Mayın 24-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Güllü Əhmədovanın 7 “C” sinfində “Riyaziyyat siqaret çəkməyin əleyhinədir” mövzüsunda “Açıq dərs”i keçirildi.Zərərli vərdişlərin acı nəticələri, onların təhlükəsi barədə çox danışılıb, çox yazılıb. Lakin sirr deyil ki, alınan məlumatları, yeniyetmələr hər zaman düzgün qavramırlar, düzgün qəbul etmirlər. Ancaq onlar özləri bu mövzunu araşdırdıqda, bu barədə fikir mübadiləsi yürütdükdə mahiyyəti daha düzgün anlayır və dərk edirlər. Bu gün “Riyaziyyat siqaret çəkməyin əleyhinədir” mövzüsunun keçirilməsində də məqsəd bu idi. Şagirdlər zərərli vərdişlərin ağır fəsadlarını riyazi cəhətdən analiz edərək zərərli vərdişlərdən biri olan siqaret çəkməyin ağır fəsadlarının və bu fəsadların aradan qaldırılmasının çox çətin, ağır və bəzən mümkünsüz belə olduğunun şahidi oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi