“Bizim məktəbimiz”adlı təqdimat

“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq mayın 24-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 4”A” sinif şagirdləri və məktəbin ingilis dili müəllimi Babayeva Nüşabə “Bizim məktəbimiz” adlı təqdimat hazırlamışdılar.İngilis dilində hazırladıqları bu təqdimatda şagirdlər məktəbin onları həyata hazırladıqlarını, biliklərə yiyələndiklərini nümayiş etdirdilər. Onlar məktəbin yeməkxanasında sağlam qida ilə bəsləndiklərindən danışıb, idman dərslərinin onların sağlam yetişməsində böyük rol oynamasından bəhs etdilər.Şagirdlər həm də məktəbimizin geniş, işıqlı sinif otaqlarının onların rahat və sağlam təhsil almalarında böyük rol oynadıqlarını qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi