“İxtisas seçimi” layihəsi çərçivəsində “Açıq qapı” günü keçirildi

Mayın 24-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi “İxtisas seçimi” layihəsi çərçivəsində “Açıq qapı” günü keçirildi. Tədbirdə Ağabəy Novruzbəyli adına 46 nömrəli məktəbinin rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak etdi. “İxtisas seçimi” layihəsi çərçivəsində “Açıq qapı” gününün təşkilində məqsəd məktəblilərin ixtisas seçiminə yardım etmək, müxtəlif ixtisaslar barədə şagirdlərin geniş məlumat almalarına şərait yaratmaqdan ibarət idi. Bakı Slavyan Universitetinin foyesində tələbələrin əl işlərindən ibarət sərgiyə şagirdlərimiz maraqla baxdılar. Sonra tədbir iştirakçıları Universitetin kitabxanası və muzeyi ilə tanış oldular. Eyni zamanda, şagirdlərimiz Universitetin fakültələri və imtahanların gedişi ilə tanış oldular. Konfransın sonunda Bakı Slavyan Universitetin rektoru Nurlana Əliyeva çıxış etdi. Bakı Slavyan Universiteti haqqında ətraflı məlumat verdi və şagirdlərə peşə seçimində uğurlar arzuladı.Sonra 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova çıxış etdi və belə tədbirlərin zəruri və əhəmiyyətli olduğunu bildirdi. O, konfransda iştirak edən məktəb direktorları adından Bakı Slavyan Universitetin rektorluğuna öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi