“Multikulturalizm ili” çərçivəsində azsaylı xalqların nümayəndələri ilə görüş

May ayının 17-də Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn başda olmaqla, “Vaad L'Hatzolas Nidchei Yisroel” Beynəlxalq Avropa Humanitar təşkilatının nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Ümumi təhsil sektor müdiri Lamiyə Şərəfxanova Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə oldular. Qonaqları məktəbin direktoru Sevinc Budaqova, Yəhudi Humanitar Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyin sədr müavini rav Zamir İsayev və nümayəndiliyin rəhbəri ravvin Şmuel Simantov qarşıladı. Onlar məktəbdə ibri dilində tədris alan şagirdlərlə görüşdülər, söhbət etdilər, tədris prosesi ilə, şagirdlərə yaradılan şəraitlə tanış oldular. Sonra məktəbimizdə təhsil alan yəhudi mənşəli şagirdlər Laq Ba Omer bayramına həsr olunmuş tədbirlə qonaqların qarşısında çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi