Sağlam bədən – sağlam ruh

“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq şagirdlərdə fiziki tərbiyəni inkişaf etdirmək, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi ilə mayın 22-də Millət vəkili, Kikboksinq Federasiyasiyasının prezidenti Adil Əliyev, Ümumtəhsil məktəblərində birgə fəaliyyətin rəhbəri Cəfərova Günay, Azərbaycan Kikboksinq Federasiyanın idarə heyyətinin sədr müavini Mehdiyev Oktay Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirdi. Görüşü məktəbin direktoru Sevinc Budaqova açaraq bildirdi ki, bugünkü tədbirimiz İslam oyunları ərəfəsinə təsadüf edir. Bu görüşü Prezidentimiz İlham Əliyevin idmana verdiyi dəstəyin davamı kimi qiymətləndirmək olar.Tədbirdə idmanın müxtəlif növləri ilə məşğul olan şagirdlər çıxış etdilər. Milli Məclisin deputatı Adil Əliyev şagirdlər qarşısında çıxış etdi. O, öz çıxışında Prezidentimiz tərəfindən idmana verilən qiymətdən, dəstəkdən ətraflı danışdı və məktəblərimizdə “Kikboksinq” dərnəklərinin fəaliyyətinin genişləndirilməsinin vacib olduğunu qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi