Şagirdlərlə görüş

Mayın 22-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin meneceri Şəbnəm Məmmədli və UFAZ-ın (French-Azerbaijanı University) baş katibi Charlotte Payen, ofis meneceri Yarmetova Rüxsarə buraxılış sinif şagirdləri ilə görüş keçirdi.Görüş zamanı şagirdlərə universitet barədə geniş məlumat verildi. Universitetdə təşkil olunan bakalavr ixtisasları, onların müasir dovrdə aktuallığı barədə söhbət açıldı.Bundan başqa, ADNSU-nun nəznində olan UFAZ barədə də şagirdlər məlumatlandırıldılar. Fransız Azərbaycan Universitetinin aktuallığı, orada tədris olunan bakalavr ixtisasları, bu ixtisaslara necə müraciət olunmaq barədə şagirdlər məlumatlandırıldılar. Nümayəndələr şagirdləri maraqlandıran digər suallara da cavab verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi