18 May Muzey günü

Mayın 18-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Mustafayeva Tatyananın rəhbərliyi altında 4 “C” sinif şagirdləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya etdilər. Ekskursiya zamanı şagirdlər Qız qalasına, Şirvanşahlar sarayına və başqa tarixi abidələrə gəzintilər etdilər. Gəzinti zamanı bələdçilər şagirdlərə bu tarixi abidələr haqqında ətraflı məlumat verdilər. Hər bir qoruğa təhkim olunmuş bələdçilər də muzeylərin yaranma tarixi haqqında geniş məlumat verdilər. Bələdçilər tapılmış eksponatların tarixi haqqında da danışdılar. Şagirdlər muzeylərin kolleksiya fondu ilə tanış olaraq ölkə əhəmiyyətli memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış oldular. Daha sonra 2002-ci ildə əməkdar mədəniyyət xadimi Zərifə Salahovanın rəhbərliyi ilə yaradılmış Miniatür kitab muzeyində şagirdlərimiz 39 vitrində yer almış 7500-dən artıq müxtəlif dil, məzmun və ölçülü kitablarla tanış oldular. Şagirdlər muzeyin hər bir hissəsini maraqla gəzdilər. Sonda muzeydə xatirə şəkli çəkdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi