“Ekoloji aylıqlar” layihəsinin davamı olaraq məktəbimizdə əyləncəli idman yarışı keçirildi

“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq mayın 19-da Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 3 ”B” sinif şagirdləri və sinif rəhbəri Mambetova Nataliya əyləncəli idman yarışı təşkil etdilər. 3 hissədən ibarət olan yarışda “Dostluq” və “Dəcəllər”adlı 2 komanda iştirak etdi. Yarış flaşmobla başlandı. 1-ci hissədə komandalara “estafet”, “topla hərəkət” və “iplə tullanma” üzrə hər biri 1 bal olmaqla tapşırıqlar verildi. 1-ci hissədən sonra şagirdlər musiqili gimnastika hərəkətləri etdilər.2-ci hissədə isə komandalar hər biri 1 bal olmaqla “kanatla dartınma”, “maneədə qaçma” və “halqa ilə hərəkət” üzrə tapşırıqları yerinə yetirdilər. 2-ci hissədən sonra isə fasilə zamanı 3 ”B” sinif şagirdi Ə.Turkelin ifasında hind rəqsi nümayış etdirildi.3-cü hissədə komandalar “Dartınma”, “Topla maraqlı hərəkətlər”, “Qaz yerişi”adlı tapşırıqları yerinə yetirdilər.Hər tapşırıq 1 balla qiymətləndirildi. Bu əyləncəli idman yarışmasını valideynlər və 1-ci sinif şagirdləri maraqla izlədilər.Münsiflər heyətinin üzvləri Sevinc Budaqova, İlyas Məmmədov, Lalə Ələkbərova, Validə Sarıyeva, Georgiy Sesikaşvilli komandaların mübarizəsini izlədikdən sonra onları qiymətləndirdilər. Sonda şagirdlər mükafatlandırıldılar.Dostluq qalib gəldi!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi