Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi

Sentyabr ayının 15-i məktəbimizdə tolerantlıq mövzusunda 11-ci siniflərlə mühazirə keçirilmişdi. Mühazirəçi kimi Azərbaycan Dağ Yəhudiləri İcmasının üzvü Yavdyayev Milix çıxış etdi. Çıxışı zamanı Milix müəllim qeyd etdi ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Olkə rəhbəri müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Beləliklə, tarixən Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyələndirən gözəl bir ənənəyə çevrilmişdir. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü yüksək səviyyədə göstərir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi