Nəsimi rayonu İcra Hakimiyyətində keçirilmiş Aprel döyüşlərinə həsr olunmuş dərs

Aprelin 21-də Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən rayon məktəblilərinin iştiraki ilə aprel döyüşlərinə həsr olunmuş növbəti dərs keçirilmişdir. Dərsdə Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri də iştirak edirdi. Dərsi məktəbimizin tarix müəllimi Fatimat Əliyeva aparmışdır. O, şagirdlərə Aprel döyüşləri, Aprel qələbəsi, azad olunmuş ərazilər, yüksəkliklər, şəhidlərimiz, Aprel döyüşlərinin yaralanlara və xəsarət alanlara dövlət qayğısı, Birinci Vitse-Prezident Mehriban Əliyevanın şəhid ailələrinə dəstəyi, Qarabağın əzəli torpağı olması haqqında geniş məlumat vermişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin Aprel döyüşləri, Azərbaycanın eramızdan əvvəl 2-ci min illikdən bu günə qədər tarixi əraziləri və Aprel şəhidləri haqqında video slaydlar nümayiş olunmuşdur. Sonra məktəbimizin 7-ci sinif şagirdi Həsənova Nuray “Azərbaycan” haqqında şeir söyləmişdir. Dərsin sonunda Qarabağ müharibəsi əliləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri I qrup Qarabağ müharibəsi əlili Azər Quliyev birinci Qarabağ müharibəsi zamanı iştirak etdiyi döyüşlərdə Azərbaycan oğulları sücaətindən geniş danışdı. Fatimat müəllimə Azərbaycan torpaqlarının yaxın zamanda azad olunacağı, Azərbaycanın üç rəngli bayrağının Şuşa qalasına sancılacağı arzusu ilə dərsi yekunlaşdırdı.Sonda xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi