“Təbiəti sevirəm” və “Bizim sadiq dostlarımız” müsabiqəsi

Məktəblilər ”Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Bu məqsədlə Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Təbiəti sevirəm” və “Bizim sadiq dostlarımız” nominasiyasında müsabiqə elan edilmişdir. Müsabiqədə iştirak edən şagirdlər öz əl işlərini, rəsmlərini, referatlarını, sevimli dostlarına necə qulluq etdiklərini və sevdiklərini fotoşəkillərlə təqdim etmişlər. Məktəbin şagirdləri Haşımova Kamilə, Yusifzadə Leyla, Rəhimli Mirfaiq və Abbasova Fidan müsabiqədə fəal iştirak etmişlər. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən mükafatlandırılmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi