Məktəblilər "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır

Məktəblilər "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr edilib. Aprelin 13-də 46 nömrəli tam orta məktəbin 6 "A" sinif şagirdləri və məktəbin müəllimi İradə Aslanova ilə birlikdə “İnsan və canlı təbiət” mövzusunda açıq dərs keçirilmişdir. Bu məqsədlə şagirdlər Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Atəşgah və Yanar dağ komplekslərində olmuşlar. Şagirdlər Qala Dövlət Tarix Etnoqrafya Qoruğunda Azərbaycanın təbii sərvətlərini, insanların bilavasitə təbiətlə təmasınıvə heyvanların yaşayış yerlərini öz gözləri ilə görmüşlər. Məktəblilər canlı təbiətin insan üçün əhəmiyyəti barədə disskusiyada fəal iştirak etmişlər. Sonda şagirdlər "Bənövşə" xalq oyununu oynayıblar. Açıq dərs maraqlı və maarifləndirici keçib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi